• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Oklahoma tərəfdaşlığının 20 illiyi qeyd edilib

Azərbaycan və Oklahoma tərəfdaşlığının 20 illiyi qeyd edilib
03.12.2022 09:38
ABŞ-ın Oklahoma şəhərində Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında imzalanmış Ştatla Tərəfdaşlıq Proqramının 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü, Azərbaycan Müdafiə Nazirliyi, Oklahoma ştatı Qubernatorunun ofisi və Milli Qvardiyanın dəstəyi ilə reallaşıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

"Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sözügedən tədbirdə iştirak etmək məqsədilə ABŞ-a səfər edib.

Tədbirdə Oklahoma ştatının Qubernatoru Con Kevin Stitt, Milli Qvardiyanın komandanı Tomas Mançino, general-polkovnik Kərim Vəliyev və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim 20 il ərzindən həyata keçirilmiş tədbirlər, qarşılıqlı səfərlər, o cümlədən təhsil, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqdan danışıb və bu əlaqələrin daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib və Oklahoma ştatının aparıcı şirkətləri bu ərazilərdə müxtəlif sahələrdə, xüsusilə bərpa olunan enerji sahəsində investisiya qoymağa dəvət edilib.

Çıxışlardan sonra general-polkovnik K.Vəliyev Ştatla Tərəfdaşlıq Proqramının 20 illiyi münasibətilə hazırlanmış lövhəni Oklahoma Qubernatoruna və Oklahoma Milli Qvardiyasının komandanına təqdim edib. Öz növbəsində, Qubernator 19 sentyabr tarixinin Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında Ştatla Tərəfdaşlıq Proqramının imzalanma günü elan edilməsinə dair lövhəni general-polkovnik K.Vəliyevə təqdim edib.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti, tarzən Arslan Növrəsli, Beynəlxalq Muğam Mərkəzinin solisti, kamança ifaçısı Elnur Mikayılov və Azərbaycan Respublikasının Əməkdar artisti, pianoçu Nərgiz Əliyeva həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər", - açıqlamada deyilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol