• $
  • €
  • ₽
  • ₺
  • £

İlin sonuna kimi laçınlılar öz evlərinə köçürüləcək - Əliyev

İlin sonuna kimi laçınlılar öz evlərinə köçürüləcək - Əliyev
10.01.2023 18:59
2023-cü ilin sonuna kimi Laçının Zabux və Sus kəndinə 200-dən çox ailə köçürüləcək. Bunu prezident İlham Əliyev jurnalistlərə müsahibəsində deyib.
 
"Hazırda Laçında və kəndlərində yüzlərlə evlər tikilir. İlin sonuna kimi 1ci qrup laçınlılar yerləşdiriləcək. Zabux və Sus kəndinə də 200-dən artıq ailənin köçürülməsi planlaşdırılır. Paralel olaraq digər rayonlarda da işlər aparılır. Zabuxda ermənilərin yaşadığı evi hansısa bir iş adamı tikmişdi. O evlərdə hazırda həmin bölgədə xidmət aparan Azərbaycan hərbçiləri qalır. Biz o evlərdən kazarma kimi istifadə edirik. Vətəndaşlarımız üçün isə yeni qəsəbə salırıq" - Əliyev bildirib. 

Laçının Zabux və Sus kəndlərində yaşayan erməni ailələri 2022-ci ilin avqustun 25-nə qədər oranı tərk ediblər.  Ermənistana köçənlərə mənzil almaq üçün 10 milyon dramlıq sertifikat (təxminən 25 min dollar) vəd edilib.


Laçın  1992-ci ilin mayın 18-də işğal olunub. 2020-ci il noyabrın 10-u Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında imzalanan bəyanata əsasən, dekabrın 1-də Laçın Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçib. 

Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol