• $
  • €
  • ₽
  • ₺
  • £

Latviya Prezidenti Azərbaycana gəlir - GÖZLƏNTİLƏR

Latviya Prezidenti Azərbaycana gəlir - GÖZLƏNTİLƏR
10.02.2023 17:55
Latviya Prezidenti Egils Levits martın əvvəlində Azərbaycana səfəri gözlənilir. Bu barədə Trend agentliyi ölkənin diplomatik mənbəsinə istinadan xəbər verib. 
 
Agentliyin yazdığına görə, Levits Bakıya mart 9-u və 11- də Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən keçiriləcək X Qlobal Bakı Forumunda iştirakı etmək üçün gələcək. 
 
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirir ki, Latviya Prezidentinin Azərbaycana səfəri həm də yeni əməkdaşlıq münasibətlərinin müzakirəsi istiqamətində  ola bilər. 

"Postsovet məkanı dövlətləri arasında əvvəllər də iqtisadi əlaqələr mövcud olub. Hazırda Avropada enerji daşıyıcılarına olan ehtiyacların artması,  Azərbaycanın iqtisadi əlaqələrinin genişlənməsi yeni əlaqələrin yaradılmasına gətirib çıxara bilər. Levitsin Azərbaycana səfəri yeni əməkdaşlıq istiqamətində danışıqlar ola bilər. Azərbaycan müstəqil olandan sonra Latviya ilə ticarət və neft sahəsində geniş əlaqələri olub",- Arif Hacılı deyib.
 
Sonuncu dəfə Azərbaycan prezidenti  Egils Levitslə yavarın 18-də Davosda "Dünya iqtisadi Forum"da görüşüblər.
 
Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyan ölkələrdən olub. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə başlayıb. 
 
Azərbaycanın Latviyada Səfirliyi 2005-ci il,  Latviyanın isə Azərbaycandakı Səfirliyi isə 2006-cı ildə açılıb.
 
1997-ci il martın 7-də "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" yaradılıb və ilk rəhbəri Yusif Vəkilov olub. 2016-cı ili martın 4- dən Kamran Bayramov işçi qrupunun rəhbəridir.

Latviya Seymində isə Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Roman Naudinşdir.

İndiyədək iki ölkə  arasında 43 sənəd imzalanıb.
 
Azəraycanda 47 Latviya şirkəti  tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində fəaliyyət göstərir.

Aytac Zeynalova





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol