• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Niderlandın 13 deputatı Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb

Niderlandın 13 deputatı Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb
27.02.2023 13:58
Hollandiya parlamentinin 13 deputatı ölkənin xarici işlər nazirinə Azərbaycan tərəfindən Laçın dəhlizinin açılması və Xankəndinə giriş-çıxışın bərpası istiqamətində addımların atılması üçün müraciət edib. Bu barədə Niderland Erməni Təşkilatları Federasiyasının hesabatında deyilir. 
 
Deputatlar xarici işlər naziri Vobke Hoekstranı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının Azərbaycan tərəfindən icrası ilə bağlı birmənalı mövqe bildirməyə çağırıblar. Qeyd ediblər ki, Azərbaycan blokadaya son qoymaq, insanların, nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün bütün lazımi tədbirləri görməlidir. 

Fevralın 23-də Azərbaycan Xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuata açıqlamasında bildirib ki, Beynəlxalq Ədlaət Məhkəməsində Ermənistanın "Azərbaycan saxta aksiya keçirir" iddiası ləğv olunub.
 
"Beynəlxalq Məhkəməyə müraciət edən Ermənistan bunun süni təşkil olunmasını subut etməyə çalışırdı. Onların iddiasına qarşılıq olaraq Azərbaycan tərəfindən ekofəalların adları, foto-video sübutlar təqdim olundu. Məhkəmənin dünənki qərarında Ermənistanın vəsatətini ləğv edib və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv edib”, - Məmmədov deyib.

Fevralın 22-də Beynəlxalq Məhkəmə qərar verib ki, Azərbaycan Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etmək üçün bütün tədbirləri görməlidir.
 
Fevralın 18-də Azərbaycan prezidenti İlham Əliyev Münhen görüşündə panel çıxışı zamanı bir daha vurulayıb ki, Laçın dəhlizi humanitar yardımların və sadə vətəndaşların giriş-çıxışı üçün açıqdır. 
 
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi  də azərbaycanlı ekoloqlara cavab olaraq  iki etiraz aksiyası təşkil ediblər.  Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.   
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Polşa Prezidentini təbrik edib
Siyasət 12:03
İlham Əliyev Polşa Prezidentini təbrik edib
Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
Siyasət 22:18
Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
Siyasət 17:26
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Siyasət 16:52
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol