• $
  • €
  • ₽
  • ₺
  • £

Akşenerin qərarından sonra partiyasında istefalar artır

Akşenerin qərarından sonra partiyasında istefalar artır
04.03.2023 12:52
Meral Akşenerin ötən gün "altılı masa”nı tərk etməsindən sonra sədrlik etdiyi İYİ partiyada istefalar başlayıb.

CHP lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyi ilə bağlı müsbət açıqlamasından sonra Akşenerin təklifi ilə vəzifəsindən ayrılan İYİ partiyasının sədr müavini Cihan Paçacı Korporativ Əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə qayıdıb. 

Partiyanın İdarə Heyətinin üzvü Bülent Gürsoy da üzvlükdən istefa verib. Sosial media hesabında "çayınızı hazırlayın, yenidən başlayırıq...” yazan Gürsoy istefasını belə əsaslandırıb: "Seçkilərə bir neçə ay qalmış illərdir davam edən mübarizəmiz boşa getdiyi üçün istefa verirəm. Proseslərin başlanmasında və davam etdirilməsində ciddi uğurlar qazanan, qarşıdakı dövrdə sosial ehtiyacların təmin edilməsi baxımından indiki oyunçular arasında ən səlahiyyətli hesab etdiyim Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəkləyirəm”.

Həmçinin sosial şəbəkələrdə bəzi əyalətlərdə partiya üzvlüyündən və yerli təşkilatlardan ardıcıl istefaların olduğu açıqlanır. İYİ partiyasının Şanlıurfa əyaləti üzrə sədri Halil Akbayır da "səhv etdi, nə edəcəklərini anlaya bilmədim, ona görə də partiyadan ayrıldım” açıqlamasını verib. O, istefasından sonra CHP-yə keçdiyini açıqlayıb.

Martın 2-si "altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan Meral Akşener partiyasının "altılı masa”nı tərk etdiyini bəyan edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol