• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Heydər Əliyevin "ana dili"nə olan qayğısından yazıb

Deputat Heydər Əliyevin "ana dili"nə olan qayğısından yazıb
04.05.2023 20:35
Milli Məclisin deputatı Kamilə Əliyeva Azərbaycanın eks prezidenti Heydər Əliyevin ana dilinə olan qayğısı barədə açıqlama verib. 

"Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin edilənə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün  sahələrdə axırıncı yerlərdə idi. 1970-1980-cı illərin əvvəllərində  Əliyevin apardığı iqtisadi və siyasi islahatlar nəticəsində Azərbaycan bütün iqtisadi göstəricilərə və insanların yaşayış səviyyəsinə görə ön sıralara qalxdı.  Ana dilimiz olan Azərbaycan dilinin bu günə gədər saf, təmiz şəkildə gəlib çıxmasında Heydər Əliyevin misilsiz xidmətləri olub",  -  Əliyeva deyib. 

Onun fikrincə, Sovet İttifaqı zamanı Azərbaycana rəhbərlik edən Əliyev bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilə  layiqli dəyəri göstərib. 
 
"Keçən əsrin 70-ci illərin ortalarından başlayaraq SSRİ rəhbərliyi Respublikalarda milli dillərin sıxışdırılması üçün bütün təzyiq vasitələrindən istifadə edirdi. Belə bir şəraitdə Azərbaycan dilini yaşatmaq, inkişaf etdirmək və ən əsası milli ideologiya səviyyəsinə çatdırmaq böyük cəsarət tələb edirdi. Əliyev 1978-ci ildə Azərbaycan xalqının qarşısında ən böyük tarixi xidmətlərindən birinə imza atdı. "Azərbaycan SSR-nin dövlət dili- Azərbaycan dilidir" Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində gəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb", - deputat deyib. 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol