• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Litva Prezidenti ilə görüşüb (FOTO)

Ceyhun Bayramov Litva Prezidenti ilə görüşüb (FOTO)
08.05.2023 18:16
Mayın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində Litvanın Prezidenti Qitanas Nauseda tərəfindən qəbul edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ikitərəfli görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər müzakirə olunub.

İkitərəfli görüş daha sonra Prezidentin xarici siyasət baş müşaviri Asta Skaisgirite ilə geniş tərkində davam etdirilib.

Ceyhun Bayramov iki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, təhsil, humanitar və s. sahələr üzrə səmərəli ikitərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcud olduğunu, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun mühüm rol oynadığını qeyd edib.

Avropa İttifaqı (Aİ) çərçivəsində Litvanın kommunikasiyalar sahəsində həyata keçirilən layihələrə dəstək göstərdiyini qeyd edən nazir baş verən geosiyasi dəyişikliklər fonunda Xəzər regionunun, o cümlədən Orta Dəhlizin əhəmiyyətinin daha da artdığını diqqətə çatdırıb. Bu kontekstdə, Azərbaycanın regionda bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində səylərinin Orta Dəhlizin imkanlarının genişləndirilməsi baxımından faydalı olacağına dair inam ifadə edilib.

Postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər, mövcud çağırışlar, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov xüsusilə aparılan yenidənqurma işləri və mina təhdidi ilə mübarizədə birgə əməkdaşlığın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyini əminliklə vurğulayıb.

Litva tərəfi Azərbaycan ilə münasibətlərin daha da inkişafı istiqamətində mövcud potensialdan istifadə edilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Aİ-nin Şərq Tərəfdaşlığı proqramının əməkdaşlığın inkişafı üçün mühüm platforma rolu oynadığı, xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycanın etibarlı tərəfdaş qismində çıxış etdiyi məmnunluqla xatırlanıb. Regionda sülh quruculuğu səylərinin təqdirəlayiq olduğunu bildirən Litva tərəfi, mövcud normallaşma prosesinə sadiqliyin vacibliyini qeyd edib və Litvanın bu səylərə dəstək verdiyini bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol