• $
  • €
  • ₽
  • ₺
  • £

Haaqa Beynəlxalq Məhkəməsi Ermənistanın iddiası ilə bağlı dinləmə keçirəcək

Haaqa Beynəlxalq Məhkəməsi Ermənistanın iddiası ilə bağlı dinləmə keçirəcək
06.10.2023 16:54
Haaqa Beynəlxalq Məhkəməsi Ermənistanın Qarabağdakı vəziyyətlə bağlı "irqi ayrı-seçkilik haqqında" konvensiyasına əsasən Azərbaycana qarşı iddiası ilə bağlı dinləməni oktyabrın 12-nə təyin edib. Bu barədə məhkəmənin saytında məlumat verilib. 

Ermənistan mətbuatının məlumatına görə, ölkənin baş naziri Nikol Paşinyan  oktyabrın 18-də Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında çıxış edəcəyi açıqlanıb.  
 
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirir ki, Avropa parlamenti birmənalı şəkildə Azərbaycan əleyhinə formalaşıb. Ekspert hesab edir ki, Avropa siyasi müstəvisində Azərbaycan məsələsi artıq parçalanıb. 
 
"Azərbaycana qarşı ayın 12-də baş tutacaq dinləmələrin rolu sanksiyalara çağırış, sanksiyalarını qəbul edilməsinə yönəlik niyyətin açıqlanması və yaxud buna yönəlik hər hansı bir sənədin qəbulu üzərində gedəcək. Avropa parlamentinin daxil olduğu dövlətlər içərisində biz bir neçə strateji müttəfiqlərə sahibik. İtaliya, Balkan ölkələri, hətta Yunanıstanın adını çəkə bilərik ki, Azərbaycan qazının üzərindən müəyyən proyektləri var. Yeganə yol Azərbaycandır. Bunu da Ermənistanın maraqları üzərindən vurmaq olmaz. Aldıqları qrantların və rüşvətlər vermək məcburiyyəti var. Bu baxımdan da Azərbaycana qarşı müəyyən tövsiyə edici sənədlərin qəbul olunması mümkündür", o söyləyib. 
 
Ekspert vurğulayır Avropa Parlamentində Azərbaycan məsələsi artıq fərqli cəbhələrdə müzakirə edilir.  
 
Oktyabrın 6-da Milli Məclisin plenar iclasında deputatlar Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməni tənqid edərək qətnaməyə qarşı bəyanat qəbul ediblər. 
 
Parlamentin 13-dən çox deputatı Avropa sənədini tənqid edərək onun heç bir hüquqi əsası olmadığını açıqlayıb. 
 
Oktyabrın 5-də Avropa Parlamentinin üzvləri Qarabağdakı vəziyyətlə əlaqədar Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər. 

Sənəddə qeyd olunur ki, Qarabağda "çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan” Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
 
Aytac Zeynalova 
 

 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol