• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyevlə görüşümüz üçün razılıq əldə olunub - Paşinyan

Əliyevlə görüşümüz üçün razılıq əldə olunub - Paşinyan
11.10.2023 10:00
Ermənistanın Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi üçün razılığı var. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.  

"Bizim Brüsseldəki görüşümüz, həm biz, həm də Azərbaycan bu görüşü keçirməyə hazır olduqlarını bəyan etmişik, o demək olacaq ki, tərəflər sülhə doğru irəliləmək istəyirlər. Bu isə o deməkdir ki, iki-üç ay ərzində sülh müqaviləsinin imzalanması mümkün olacaq", - Paşinyan Ermənistanın ictimai televiziyasına müsahibəsində bildirib.
 
Baş nazir vurğulayıb ki, hazırda Ermənistan və Azərbaycan sərhəddində hər hansı atəşkəs rejimin pozulması faktı qeydə alınmır. 
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. 
 
Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Qranadada Ermənistan, Fransa, Almaniya liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə keçiriləcək görüşdə iştirakdan imtina edib. Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, Əliyevin görüşdən imtinası Ermənistanla sülh müqaviləsi imzalanması prosesindən imtinası demək deyil. 
 
Sonuncu dəfə Azərbaycan tərəfi Ermənistana sülh sənədinin verilməsini təsdiq edib.  
 
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə "France-Press"ə müsahibəsində vurğulayıb ki, sülh müqaviləsi imzalanmayana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.

Azərbaycan prezidenti İlham Əliyev isə Şuşada keçirilən sonuncu Qlobal Media Forumda söyləyib ki, bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını real hesab edir.
 
Gülnar Nazimqızı 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol