• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakı Ermənistana sülh sənədi layihəsini təqdim edib

Rəsmi Bakı Ermənistana sülh sənədi layihəsini təqdim edib
22.02.2024 18:13
 Azərbaycan sülh sazişi lahiyəsini Ermənistana təqdim edib.Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Sülh sənədinin imzalanması istiqamətində Azərbaycan tərəfi maraqlıdır.Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar qəbuledilməzdir",- nazir fevralın 22-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.

Bir gün əvvəl Ermənistan sülh sənədinin Azərbaycandan təhvil almasını təsdiq edib
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında artıq bir necə aydır de-fakto sülh yaranıb. Həmçinin xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla 2024-cü il sülh müqaviləsi imzalana bilər. 
 
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçətərfli bəyanata əsasən dayandırılıb. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal antirerror əməliyyatları keçirib. Bundan sonra Qarabağda olan bütün ərazilərə nəzarətin bərpası Azərbaycan tərəfinə keçib. 
 
Gülnar Nazimqızı 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol