• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda dekolonizasiya ilə bağlı beynəlxalq konfrans keçirilir

İstanbulda dekolonizasiya ilə bağlı beynəlxalq konfrans keçirilir
24.02.2024 13:36
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda "Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans başlayıb.

Bu barədə "Report" məlumat verir.
 
Konfransın keçirilməsində əsas məqsəd müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.
Beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə iştirak edir.

Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı Fransanın müstəmləkələri olan dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, digər bütün maraqlı tərəflər rəsmi Parisin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səslənəcək.

Panellərdə Fransa hökuməti tərəfindən yaradılan süni hüquqi maneələr, o cümlədən, sərhəd, təhlükəsizlik və müdafiə məsələləri, milli resurs və mülkiyyət, beynəlxalq tanınma (insan hüquqları və ədalət), vətəndaşlıq, milliyyət, qanunvericilik və qaydalar, həmçinin iqtisadi islahatlar müzakirə ediləcək.

Ardınca acıq müzakirələr və sual-cavab sessiyası olacaq. Bundan sonra Bakı Təşəbbüs Qrupunun icraci direktoru Abbas Abbasov yekun nitqlə çıxış edəcək.

Fevralın 25- də keçiriləcək panel etnik və mədəni ayrı-seçkiliyə həsr olunacaq. Paneldə siyasi qeyri-sabitlik və münaqişələr, repressiya/əsassız həbslər, siyasi tarix, sosial və İqtisadi problemlər, müstəqil medianın təqibi, təhlükəsizlik problemləri (insan, sağlamlıq, ətraf mühit, kiber təhlükəsizlik), immiqrasiya və emiqrasiya, əcnəbilər mövzularına toxunulacaq.

Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.
Bakı Təşəbbüs Qrupu indiyədək dünyada 6 belə konfrans təşkil edib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol