• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyx Xameneyiyə başsağlığı verdi

Şeyx Xameneyiyə başsağlığı verdi
20.05.2024 18:54
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib.Bu barədə QMİ məlumat yayıb.

"Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki – İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, Zati-həzrətlərinizin Şərqi Azərbaycan üzrə nümayəndəsi – Təbrizin imam-cüməsi Ayətullah Əli Haşimin və müşayiət edən digər rəsmi şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı. Bu hüznlü matəm günündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyib, kədərinizə şərik olduğumuzu ifadə edir, İranın Ali Rəhbəri olaraq Sizə və həzrətlərinizin simasında həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan, Azərbaycan və Qafqaz müsəlmanları adından dərin hüznlə başsağlığı verir, Allah-Təaladan həlak olanlara rəhmət diləyirəm. Allah dərgahında uca məqam olan şəhidlik mərtəbəsinə ucalmış mərhumların nəsibi, inşallah, cənnət olar. Qədirbilən müsəlmanlar, o cümlədən, Azərbaycan müsəlmanları İran xalqının hüznünə şərik olaraq, İranın dəyərli şəxsiyyətlərinin xatirəsinə Quran oxuyur, dualar edirlər. Ruhları şad olsun!”, - başsağlığında qeyd olunub.

İbrahim Rəisi ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimi olub:

"Uca Peyğəmbərimiz Məhəmməd Salavatullahın nəslinə mənsub mübarək şəxs idi. İran-Azərbaycan əlaqələrinin inkişafı, mehriban qonşuluq münasibətlərinin dərinləşməsi üçün səylərini əsirgəməmiş Prezident Rəisinin xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Əminik ki, qəzavü-qədər İran xalqının sarsılmaz iradə və əzmini qırmayacaqdır və Sizin müdrik rəhbərliyinizlə İran dövləti yeni nailiyyətlərə yetişəcək, inşallah! Uca Allah Öz Lütf və Mərhəmətilə qardaş xalqlarımız və dövlətlərimizi hər zaman ucada qərar versin və hifz etsin! Amin”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol