• $
  • €
  • ₽
  • ₺
  • £

MSK seçkiləri izləmək üçün 30-a yaxın beynəlxalq təşkilata dəvət göndərəcək

MSK seçkiləri izləmək üçün 30-a yaxın beynəlxalq təşkilata dəvət göndərəcək
02.07.2024 17:01
Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 30-a yaxın beynəlxalq təşkilata dəvət göndərəcək. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. 

"Bundan əvvəlki seçiklərdə dəvət göndərdiyimiz  təşkilatların siyahıları var. Təxminən yenidən 30-a yaxın təşkilata dəvət göndərəcəyik”, - Pənahov bildirib. 
 
Bununla yanaşı MSK rəhbəri hansı təşkilatlara müraciət ediləcəyini və Avropa institutlarının da dəvət alıb almayacağını bildirməyib. 
 
O, həmçinin bildirib ki, seçki məntəqələrində veb-kameraların quraşdırılmasına, işlək hala gətirilməsinə başlanmalıdır.

"Prezident seçkilərində veb-kameralarla bağlı heç bir problem olmadı. Mən qeyd etdim ki, bizim həmin qrup bu məsələdə yaxşı iş ortaya qoydu. Yenə də həmin məntəqələrə nümayəndələr göndərilməli, onların işləkliyi yoxlanmalıdır", - Pənahov vurğulayıb. 

Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol