• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan əhalisini "total kasıblıq" gözləyir - Zaxarova

Ermənistan əhalisini "total kasıblıq" gözləyir  -  Zaxarova
31.01.2025 15:35
Ermənistan əhalisi ölkənin Avropaya inteqrasiya nəticəsində  "total kasıblıq" ilə üzləşə  bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat brifinqində bəyan edib.

"Erməni məhsulları daha yüksək gömrük rüsumları ilə üzləşəcək və bu, ÜDM-in artım tempinin kəskin enməsinə gətirib çıxaracaq. Məncə, bu, əsas məqamdır, çünki söhbət təkcə bu günün gəlirindən və qazancından yox, ümumilikdə inkişafdan gedir. Əgər biz istehsal miqyasını və Ermənistan əhalisini nəzərə alsaq, bu, sadəcə olaraq, total kasıblığa səbəb ola bilər", –  Zaxarova bildirib.
 
Rusiya XİN rəsmisi həmçinin Ermənistan məhsullarının ixracının 80% azalacağını proqnozlaşdırıb. Onun fikrincə, Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsini alternativ mənbələrlə əvəzləmək hətta orta müddətli perspektivdə belə mümkün deyil.

"Bəzi erməni ekspertləri iddia edirlər ki, Qərb, xüsusilə Avropa İttifaqı guya hər şeyi ödəməyə hazırdır. Siz mənə bir nümunə göstərin ki, harada onlar hər şeyi ödəyiblər. Amma hər şeyi ələ keçirməyi bacardıqlarını bilirik, bunu dəfələrlə görmüşük. Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır", –  Zaxarova əlavə edib.

Onun sözlərinə görə, Ermənistanın rəsmi statistikasına əsasən, 2015-ci ildən etibarən ölkənin ixracı 10 dəfə artıb və bunun əsas səbəbi Rusiya bazarıdır.
 
Keçən il Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb.

Zaxarova vurğulayıb ki, Ermənistanın xarici siyasətini müstəqil şəkildə müəyyən etmək hüququ var və bu, suveren dövlətin hüququdur. Lakin o, Ermənistan hakimiyyətini bu qərarların nəticələrini daha praqmatik şəkildə dəyərləndirməyə və siyasi müzakirələrdə "qara və ağ" yanaşmadan çəkinməyə çağırıb.

"Erməni məhsulları Avropada və ABŞ-da heç kəsi maraqlandırmır. Əgər maraqlandırsaydı, çoxdan alardılar, elə deyilmi? Əsas problem nədədir? Əgər bu qədər kömək etmək istəyirlərsə və bu mallar əvəzedilməzdirsə, niyə onları indidən almırlar?", –  Rusiya XİN rəsmisi sual edib.
 
N.Təbrizli
 











www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol