• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni təyin olunmuş hakim Xanlar Vəliyev kollektivə təqdim edilib

Yeni təyin olunmuş hakim Xanlar Vəliyev kollektivə təqdim edilib
14.04.2025 18:31

Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması və Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında Azərbaycanda hüquqi dövlət quruculuğunun Heydər Əliyevin adı ilə bağlılığını, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində həyata keçirilən mütərəqqi islahatları, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində atılan mühüm addımları xüsusilə qeyd edib.

Fərhad Abdullayev çıxışında Rafael Qvaladzenin tanınmış hüquqşünas kimi hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurlu fəaliyyətindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhs edərək, onun Konstitusiya Məhkəməsinin hakimi kimi hər zaman yüksək peşəkarlıqla fərqləndiyini, insan hüquq və azadlıqlarının müdafiəsi, milli qanunvericiliyin Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşməsi və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini vurğulayıb.

Fərhad Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

Rafael Qvaladze dövlət başçısı İlham Əliyevə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə minnətdarlığını bildirib.

Daha sonra sədr yeni təyin olunmuş hakimi kollektivə təqdim edərək bu təyinatın rəhbərlik etdiyi qurum üçün önəmini vurğulayıb və Xanlar Vəliyevi təbrik edərək ona gələcək hakim fəaliyyətində uğurlar arzulayıb.

Fərhad Abdullayev qeyd edib ki, Xanlar Vəliyev hüquq-mühafizə orqanlarında müxtəlif məsul vəzifələrdə həyata keçirdiyi fəaliyyəti ilə daim yüksək peşəkarlıq göstərib. Həmçinin Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi kimi yüksək və məsuliyyətli vəzifədə də öz bilik və bacarığını dövlətçiliyimizin, konstitusional hüququn və insan hüquq və azadlıqlarının müdafiəsinə yönəldəcəyinə, Konstitusiya Məhkəməsinin fəaliyyətinə dəyərli töhfələr verəcəyinə əminliyi ifadə edib.

Xanlar Vəliyev ona göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, gələcək hakim fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol