• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-Azərbaycan münasibətlərinə nə mane olur? - səfir danışdı

ABŞ-Azərbaycan münasibətlərinə nə mane olur? - səfir danışdı
04.06.2025 08:03

Azərbaycan ABŞ tərəfindən 907-ci düzəlişin ləğv olunacağına ümid edir, çünki bu düzəliş ikitərəfli əlaqələrin inkişafına mane olur. Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Diplomatic Watch nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan əraziləri işğal altında olduğu və azərbaycanlılara qarşı etnik təmizləmələrin aparıldığı dövrdə qəbul edilmiş 907-ci düzəliş Konqresdə müəyyən lobbi qruplarının təzyiqi nəticəsində qəbul olunub.

“Bu, Azərbaycana qarşı ədalətsiz bir tədbir idi,” — diplomat vurğulayıb.

İbrahim ABŞ və Azərbaycan arasında güclü əlaqələrin davam etdiyini bildirib.

“Bizim strateji mövqeyimiz ABŞ ilə münasibətləri xüsusilə vacib edir. Azərbaycan ABŞ üçün əhəmiyyətli olan demək olar ki, bütün məsələlərdə rol oynayır. Eyni zamanda, ABŞ bizim üçün təkcə qlobal güc deyil, həm də ortaq maraq və dəyərlərə malik olduğumuz bir dövlətdir,” —  o əlavə edib.

Səfir vurğulayıb ki, Azərbaycan uzun illərdir ABŞ və İsraillə sıx əməkdaşlıq edir, bu da Cənubi Qafqazda və digər bölgələrdə təhlükəsizliyə töhfə verib.

Onun sözlərinə görə, Azərbaycan–İsrail–ABŞ əməkdaşlıq formatının inkişafı üç ölkənin maraqlarına cavab verir və Bakı bu əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır.

İbrahim nümunə kimi Avropa və Asiyanı birləşdirən Orta Dəhlizi göstərib.

 “Bu, ən qısa, sürətli və iqtisadi baxımdan səmərəli marşrutdur və həm İsrailə, həm Azərbaycana, həm də ABŞ-a fayda verəcək. Biz yalnız neft və qaz deyil, İsrail və qonşu ölkələr üçün vacib olan digər yükləri də daşıyırıq,” —  o bildirib və layihənin geniş regional kontekstdə nəzərdən keçirildiyini əlavə edib.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol