• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcü alim: Süni intellekt inkişaf üçün güclü alətdir, amma milyonlarla insanı işsiz qoya bilər

Gürcü alim: Süni intellekt inkişaf üçün güclü alətdir, amma milyonlarla insanı işsiz qoya bilər
05.11.2025 12:21

Süni intellekt (Sİ) qlobal səviyyədə iqtisadi və sosial inkişaf üçün mühüm alət olsa da, onun mənfi nəticələri ciddi şəkildə qiymətləndirilməlidir. Bunu Gürcüstan Texniki Universitetinin professoru Valeri Modebadze  noyabrın 5-də Bakıda keçirilən XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib. 

Professorun sözlərinə görə, süni intellekt artıq bir çox sahələrdə geniş tətbiq olunur.

“Süni intellekt fərqli sahələrdə insanların həyatını asanlaşdırır, inkişaf üçün güclü vasitədir. Dövlət səviyyəsində onun tətbiqi idarəetməni optimallaşdıracaq və hökumətlər arasında əməkdaşlığı gücləndirəcək", - o deyib.

Bununla yanaşı, Modebadze xəbərdarlıq edib ki, texnologiyanın sürətli inkişafı işsizlik riskini artırır.

“Süni intellekt ilkin olaraq fiziki fəaliyyətlərin icrası üçün yaradılmışdı, amma indi intellektual sahələrdə də tətbiq olunur. Amazon və Google kimi şirkətlər artıq bu texnologiyadan geniş istifadə edir. Gələcəkdə milyonlarla insan işsiz qala bilər",  o vurğulayıb.

O həmçinin təhlükəsizlik risklərinə diqqət çəkib.

“Süni intellekt hərbi məqsədlərlə istifadə oluna bilər. Əgər bu sistemlər müstəqil qərar verməyə başlasa, nəticələri dağıdıcı ola bilər. Böyük dövlətlər arasında etimadsızlıq, eləcə də terror təşkilatlarının bu texnologiyadan istifadəsi təhlükəni artırır", - professor bildirib. 

Professor Modebadze hesab edir ki, bu risklərə görə süni intellektin beynəlxalq səviyyədə tənzimlənməsi vacibdir.

“Dünyada süni intellektin tətbiqi üzrə ümumi qaydalar müəyyənləşdirilməlidir. Əks halda, bu texnologiya nəzarətdən çıxaraq qlobal miqyasda sosial və təhlükəsizlik problemlərinə səbəb ola bilər", - Gürcüstan rəsmisi əlavə edib. 


Gürcüstan süni intellekt texnologiyalarının tənzimlənməsi ilə bağlı milli strategiya hazırlayır. 2024-cü ildə ölkədə “AI Ethics and Regulation Forum” keçirilib və burada hökumət, akademik dairələr və özəl sektor nümayəndələri süni intellektin etik tətbiqi barədə birgə bəyannamə imzalayıblar.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol