• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla bp arasında 30 ildən çoxdur heç bir hüquqi mübahisə olmayıb - Prezident

Azərbaycanla bp arasında 30 ildən çoxdur heç bir hüquqi mübahisə olmayıb - Prezident
09.02.2026 21:25

Azərbaycanla bp arasında 30 ildən artıq davam edən əməkdaşlıq dövründə heç bir narazılıq və ya hüquqi mübahisə yaranmayıb.

Dövlət başçısı İlham Əliyeb bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə danışıb.

“Biz bp ilə 30 ildən artıq davam edən tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq ölkənin transformasiyasında həlledici rol oynadı,” – Əliyev bildirib.

Prezident xatırladıb ki, Azərbaycan bp ilə birgə fəaliyyətə 1994-cü ildə, ölkənin ciddi sosial-iqtisadi çətinliklərlə üzləşdiyi dövrdə başlayıb. Onun sözlərinə görə, həmin vaxt büdcə imkanları məhdud idi, enerji çatışmazlığı mövcud idi və neft hasilatı kəskin azalırdı.
“Beynəlxalq enerji şirkətlərinin, xüsusilə bp-nin bizə etimadı ölkənin yaşaması və dövlət quruculuğu baxımından əsas rol oynadı. Biz bunu heç vaxt unutmayacağıq,” – deyə dövlət başçısı vurğulayıb.
Əliyev qeyd edib ki, hazırda bp ilə əməkdaşlıq bərpaolunan enerji sahəsinə doğru genişlənir. 

Onun sözlərinə görə, bp Cəbrayılda 240 meqavatlıq günəş elektrik stansiyası layihəsində iştirak edir, Səngəçal terminalının karbonsuzlaşdırılması isə şirkətin “yaşıl gündəlik” üzrə əsas töhfələrindən biridir.

Prezident əlavə edib ki, tərəflər qaz hasilatının artırılması və dərin sulu “Azəri–Çıraq–Günəşli” layihəsi daxil olmaqla yeni və mövcud enerji layihələri üzərində işi davam etdirir, eyni zamanda neft hasilatının sabitləşdirilməsi prioritet olaraq qalır.

Əliyev bildirib ki, neft hasilatının obyektiv səbəblərdən azalmasına baxmayaraq, Azərbaycana investisiya marağı yüksək olaraq qalır. O, həmçinin ExxonMobil şirkətinin yeni layihələr üzərində işlədiyini və ötən il Vaşinqtonda imzalanmış Anlaşma Memorandumunun perspektivli olduğunu qeyd edib.

Prezidentin sözlərinə görə, enerji satışından əldə olunan gəlirlər qeyri-neft sektoruna investisiyaların artırılması üçün əsas maliyyə mənbəyi olaraq qalacaq.


X.Əliyeva

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol