• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

Prezident Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb
14.02.2026 14:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14‑də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb, dövlət başçıları iki ölkə arasındakı əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər.

Yotova Azərbaycan tərəfindən dəvət olunduğu Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini xatırladaraq, ölkənin mədəni irsi və ənənələrinin — xüsusilə Novruz bayramı adətləri və muğam musiqisi — ona dərin təsir etdiyini bildirib.

Bolqarıstan Prezidenti həmçinin Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirərək minnətdarlığını ifadə edib və Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Görüş zamanı Azərbaycan və Bolqarıstan hökumətləri ilə Veliko Tırnovo bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq sazişinin imzalanması məmnunluqla qeyd olunub.

Rəsmi Bakı və Sofiya nümayəndələri enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıblar.

Azərbaycanın may ayında Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi qeyd olunub və Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirilib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol