• $
  • €
  • ₽
  • ₺
  • £

Muxtar Babayev: Qlobal Cənub Platforması COP29-un həmrəylik ruhunun davamıdır

Muxtar Babayev: Qlobal Cənub Platforması COP29-un həmrəylik ruhunun davamıdır
14.05.2026 10:45

Qlobal Cənub QHT Platformasının Bakıda ilk Baş Assambleyasının keçirilməsi COP29 zamanı Azərbaycanda formalaşan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun davamıdır. Bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

“Bu platforma dialoq məkanından daha çox, fəaliyyət üçün bir qüvvədir",- Babayev bildirib.

O qeyd edib ki, 2024-cü ildə COP29 ərəfəsində QHT və vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirilən görüşlər zamanı iqlim fəaliyyətinin güclü ictimai iştirak, vətəndaş fəallığı və sosial sahiblik olmadan uğurlu ola bilməyəcəyi vurğulanmışdı.

Babayev COP29-un uğuruna töhfə vermiş QHT-lərə, könüllülərə, ekspertlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə təşəkkür edib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti COP29 prosesində etimadın, dialoqun və inklüzivliyin gücləndirilməsində mühüm rol oynayıb.

O bildirib ki, iqlim dəyişikliyi artıq yalnız ekoloji məsələ deyil, su qıtlığı, ərzaq təhlükəsizliyi, səhiyyə, miqrasiya, iqtisadi sabitlik və regional təhlükəsizlik məsələsinə çevrilib.

Babayev beynəlxalq məlumatlara istinadən deyib ki, 2024-cü il müşahidələr tarixində ən isti il olub, təxminən 3,6 milyard insan iqlim dəyişikliyinin təsirlərinə yüksək həssas ərazilərdə yaşayır, hava çirklənməsi isə hər il təxminən 7 milyon erkən ölümə səbəb olur.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol