• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıyev: Azərbaycan Qlobal Cənub QHT-ləri ilə birgə layihələri maliyyələşdirməyə hazırdır

Hacıyev: Azərbaycan Qlobal Cənub QHT-ləri ilə birgə layihələri maliyyələşdirməyə hazırdır
14.05.2026 10:53

Azərbaycan Qlobal Cənub ölkələrinin QHT-ləri ilə birgə layihələrdə xərclərin bölüşdürülməsinə və birgə maliyyələşdirməyə hazırdır. Bunu Bunu Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

Onun sözlərinə görə, Bakı yerli QHT-lərin potensialının artırılmasına, onların beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsinə və maliyyələşməyə çıxış imkanlarının yaxşılaşdırılmasına xüsusi önəm verir.

“Azərbaycan QHT-ləri Qlobal Cənub ölkələrindən olan həmfikir təşkilatlarla bu platforma çərçivəsində birgə layihələrə başlaya bilər. Biz belə layihələrdə xərclərin bölüşdürülməsinə və birgə maliyyələşdirməyə hazırıq”, - Hacıyev deyib.
O bildirib ki, platforma ölkələr arasında qarşılıqlı öyrənmə, təcrübə mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm imkan yaradır.

Hacıyev həmçinin Azərbaycanın ASAN xidmət təcrübəsini Qlobal Cənub ölkələri ilə bölüşməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, ASAN xidmət dövlət xidmətlərinin vahid platformada təqdim olunması baxımından uğurlu idarəçilik nümunəsidir.

Prezidentin köməkçisi qeyd edib ki, tədbirin Ümumdünya Şəhər Forumunun ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

O bildirib ki, sürətli urbanizasiya ölkələr üçün yeni imkanlarla yanaşı, ciddi çağırışlar da yaradır.
Hacıyev əlavə edib ki, Azərbaycan postmünaqişə dövründə doqquz şəhər və yüzlərlə yaşayış məntəqəsi inşa edir və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməyə çalışır.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol