• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın dağ regionlarının inkişafında geniş təcrübəsi var - deputat

Azərbaycanın dağ regionlarının inkişafında geniş təcrübəsi var - deputat
20.05.2026 13:01

Azərbaycan müasir, təhlükəsiz və ekoloji dayanıqlı şəhərlərin yaradılmasına yönəlmiş genişmiqyaslı dövlət siyasəti həyata keçirir və bu strategiyada işğaldan azad edilmiş ərazilərin bərpası xüsusi yer tutur. Bunu Milli Məclisin deputatı Fatma Yıldırım Bakıda keçirilən WUF-13 çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında innovasiyalar, yaşıl enerji, rəqəmsal texnologiyalar və dayanıqlı infrastruktur prinsiplərinə əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd” modeli formalaşdırılır.
Deputat bildirib ki, bu proses yalnız genişmiqyaslı tikinti layihəsi deyil, həm də işğaldan azad edilmiş torpaqlarda həyatın, mədəniyyətin, sosial ədalətin və tarixi yaddaşın bərpasıdır.

Fatma Yıldırım qeyd edib ki, dağ yaşayış məntəqələrinin və ucqar regionların inkişafına da xüsusi diqqət yetirilməlidir.

Onun sözlərinə görə, bir çox ölkələrdə dağlıq ərazilər infrastruktur, nəqliyyat, təhsil və səhiyyə xidmətlərinə çıxış baxımından çətinliklərlə üzləşir.

Deputat vurğulayıb ki, Azərbaycanın dağ regionlarının inkişafı sahəsində zəngin təcrübəsi var və ölkədə sosial infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, ekoturizmin inkişafı, təbii və mədəni irsin qorunmasına yönəlmiş proqramlar həyata keçirilir.

“Müasir şəhərlər ilk növbədə insanın həyat keyfiyyətidir. Biz yalnız binaların və yolların tikintisindən deyil, inklüziv mühitin, əlçatan təhsilin, mədəni inkişafın, ekoloji təhlükəsizliyin və sosial dayanıqlığın formalaşdırılmasından danışmalıyıq”, - deputat bildirib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol