• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan və Aİ arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar davam edir-Viktor Bojkov

“Azərbaycan və Aİ arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar davam edir-Viktor Bojkov
05.06.2026 17:24

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərin yeni səviyyəyə yüksəldilməsi istiqamətində danışıqlar davam edir. Bu barədə Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media brifinqində deyib.

Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında 30 il əvvəl imzalanmış tərəfdaşlıq sazişi hələ də qüvvədədir. Lakin dünyada baş verən siyasi, iqtisadi və geosiyasi dəyişikliklər fonunda tərəflər münasibətləri qarşılıqlı maraqlara uyğun şəkildə yeniləməyə çalışırlar.

Bojkov qeyd edib ki, iyunun 2-3-də Bakıda Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş direktor müavini və Azərbaycanın xarici işlər nazirinin müavininin iştirakı ilə ikitərəfli münasibətlərin yeni mərhələyə keçirilməsi məqsədilə intensiv danışıqlar aparılıb.

“Yeni ikitərəfli saziş üzrə danışıqlar davam edir. Sənədin imzalanması üçün hələ vaxt tələb olunur, lakin hər iki tərəf əməkdaşlığın genişləndirilməsində maraqlıdır”, – o bildirib.

Bölmə rəhbərinin sözlərinə görə, Aİ ilə Azərbaycanın əməkdaşlığı ətraf mühit, əlaqələndirmə və nəqliyyat, səhiyyə, akademik tədqiqatlar, insanlararası əlaqələr və yaşıl şəhərlər kimi müxtəlif sahələri əhatə edir.

Aytac Zeynalova

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol