• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Qarabağda kənd təsərrüfatı, səhiyyə və şəhər inkişafı layihələrini dəstəkləyir- Aİ nümayəndəsi

Aİ Qarabağda kənd təsərrüfatı, səhiyyə və şəhər inkişafı layihələrini dəstəkləyir- Aİ nümayəndəsi
05.06.2026 17:27

Avropa İttifaqı (Aİ) hazırda Azərbaycanda, xüsusilə də Qarabağda regional inkişaf, ətraf mühit və səhiyyə sahələrini əhatə edən bir sıra qrant layihələri həyata keçirir. Bunu Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media brifinqində deyib.

Onun sözlərinə görə, davam edən layihələrdən biri Qarabağda regional inkişaf və ekoloji məsələləri əhatə edir və Food and Agriculture Organization (FAO) tərəfindən icra olunur.

Bojkov bildirib ki, digər layihə isə World Health Organization (ÜST) ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Layihə Qarabağda səhiyyə dayanıqlığının gücləndirilməsi və ilkin tibbi xidmətlərin inkişafına yönəlib.

O, həmçinin Aİ-nin qrant layihələri sırasında “Mayors Covenant” (Merlərin Razılaşması) təşəbbüsünü qeyd edib. Layihədə Gəncə şəhəri də iştirak edir.

“Bu təşəbbüs çərçivəsində Azərbaycanın və Avropa ölkələrinin müxtəlif şəhərlərinin merləri bir araya gələrək şəhərsalma, yaşıl ekologiya, təhsil və şəhərlərin sakinlər üçün təqdim etdiyi digər xidmətlərlə bağlı təcrübə mübadiləsi aparırlar”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, layihənin əsas məqsədi şəhərlərin inkişafı sahəsində qarşılıqlı öyrənmə və təcrübə paylaşımını təşviq etməkdir.

Aytac

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol