• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev Belarusun Müstəqillik Günü münasibətilə Lukaşenkonu təbrik edib

Əliyev Belarusun Müstəqillik Günü münasibətilə Lukaşenkonu təbrik edib
03.07.2026 11:41

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, İlham Əliyev məktubunda Azərbaycan ilə Belarus arasında münasibətlərin yüksək səviyyədə qarşılıqlı anlaşma və sıx əməkdaşlıqla xarakterizə olunduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, xalqlar arasında mövcud dostluq və qarşılıqlı dəstək ənənələri, eləcə də yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrası ikitərəfli münasibətləri yeni məzmunla zənginləşdirir və əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə töhfə verir.

İlham Əliyev Azərbaycan ilə Belarus arasında çoxşaxəli əməkdaşlığın və strateji tərəfdaşlığın bundan sonra da birgə səylərlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Prezident məktubunda Aleksandr Lukaşenkoya möhkəm cansağlığı, fəaliyyətində uğurlar, Belarus xalqına isə sülh və firavanlıq arzulayıb.

Azərbaycan və Belarus siyasi, iqtisadi, sənaye və hərbi-texniki sahələrdə əməkdaşlıq edən strateji tərəfdaş ölkələrdir. İki ölkə arasında münasibətlər son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlər və birgə layihələr fonunda inkişaf edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol