• $
  • €
  • ₽
  • ₺
  • £

Vensİsrail rəsmilərini ABŞ-İran razılaşmasını pozmağa çalışmaqda ittiham edib

Vensİsrail rəsmilərini ABŞ-İran razılaşmasını pozmağa çalışmaqda ittiham edib
17.07.2026 10:29

ABŞ vitse-prezidenti Ceyms Devid Vens İsrail hökumətinin bəzi üzvlərini İranla müharibəni dayandırmağa yönəlmiş razılaşmaya qarşı çıxmaq üçün Amerika ictimai rəyinə təsir göstərməyə çalışmaqda ittiham edib.

Vens podkast aparıcısı Co Roqana müsahibəsində bəzi İsrail siyasətçilərinə etibar etdiyini, digərlərinin isə müharibənin qeyri-müəyyən müddətə davam etməsi üçün ABŞ ictimai rəyini dəyişməyə çalışdığını bildirib.

“Danışıqları və razılaşmanı pozmaq üçün yaxşı maliyyələşdirilmiş və çox da nəzərə çarpmayan kampaniya aparıldığını düşünürəm”, — Vens deyib.

O, İsrail rəhbərliyinin bəzi nümayəndələrinin Prezident Donald Trampın İranla əldə etdiyi razılaşmaya qarşı çıxdığına dair açıq sübutların olduğunu bildirib.

İsrail hökuməti Vens-in açıqlamalarına dərhal münasibət bildirməyib.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Tramp xarici ölkələrin Amerika ictimai rəyinə təsir göstərməyə çalışması ilə bağlı Vens-in mövqeyi ilə razıdır.

İranla danışıqlarda fəal iştirak edən Vens iyunda da razılaşmanı tənqid edən İsrail siyasətçilərinə Vaşinqtonun dəstəyinə qarşı çıxmamaq barədə xəbərdarlıq etmişdi.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol