Putin müraciətlə çıxış edəcək

09:57 | 30.11.2015
Putin müraciətlə çıxış edəcək

Putin müraciətlə çıxış edəcək

Rusiya prezidenti Vladimir Putin dekabrın 3-də 12-ci dəfə Federal məclisə ənənəvi müraciət ilə çıxış edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə çıxışı canlı yayımlayacaq "Rossiya 1” telekanalının saytında məlumat yayılıb.

Dövlət başçısı öz çıxışına Moskva vaxtı ilə saat 12:00-da başlayacaq. Müraciətin mətni açıqlanmır.

Kremldə Putinin çıxışının tarixi haqqında dəqiq məlumatı hələlik təsdiqləməyiblər.

Noyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Federal məclisə müraciətinin əsas mövzusunun təhlükəsizlik məsələlərinin olması barədə məlumatı təkzib edib.

"Xeyr, bu, belə deyil”, - Peskov "Komersant” qəzetinin məlumatının doğruluğu barədə suala cavab verərkən bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının parlamenti Federal məclis RF-nin qanunverici orqanıdır. Federal məclisin statusu Rusiya Konstitusiyasının beşinci fəslində müəyyən edilib.

Federal məclisin vəzifə və səlahiyyətləri iki palata - Dövlət Dumasının (aşağı palata) və Federasiya Şurasının (yuxarı palata) arasında müəyyənləşdirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb