Putin prezidentlərin görüşü barədə Ollandı məlumatlandırdı

10:28 | 01.07.2016
Putin prezidentlərin görüşü barədə Ollandı məlumatlandırdı

Putin prezidentlərin görüşü barədə Ollandı məlumatlandırdı

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla keçirdiyi telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.  
 
APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.  
 
Məlumata görə, Putin ATƏT Minsk Qrupunun həmsədr ölkəsinin rəhbəri Fransua Ollandı Azərbaycan və Ermənistan prezidentləri ilə son görüşlərinin nəticələri barədə məlumatlandırıb.  
 
Rusiya və Fransa liderləri görüşlərdə əldə olunan nəticələrin sülh prosesinin irəliləməsinə yardım edəcəyinə ümidvar olduqlarını bildiriblər.
 
Putin və Olland ATƏT Minsk Qrupu çərçivəsində aktiv əməkdaşlığı  davam etdirilməsinə dair razılığa gəliblər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM