Qaradağda 10 min manatlıq oğurluq olub

11:34 | 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub

Qaradağda 10 min manatlıq oğurluq olub

Qaradağda 10 min manatlıq oğurluq olub.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qaradağ Rayon Polis İdarəsinin 10 və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) axtarışda olan Ruslan Mahmudlu saxlanılıb.

Araşdırmalar nəticəsində onun Sahil qəsəbəsi ərazisində içərisində 2000 manat qiyməti olan təmir alətləri ilə birlikdə 8000 manat dəyərində konteyner oğurlaması müəyyən edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb