"Mançester Yunayted"dən Kokeyə 30 milyon funt-sterlinq

20:53 | 26.12.2013
"Mançester Yunayted"dən Kokeyə 30 milyon funt-sterlinq

"Mançester Yunayted"dən Kokeyə 30 milyon funt-sterlinq

"Mançester Yunayted" klubu Madrid "Atletiko"sunun futbolçusu Kokeni transfer etməyi planlaşdırır.Qol.Az-ın "The Mirror"a istinadən verdiyi məlumatına görə, Mançester təmsilçisi artıq Madrid klubuna rəsmi təklif göndərib.Belə ki, "Mançester Yunayted" klubu Kokenin keçidi üçün qarşı tərəfə 30 milyon funt-sterlinq təklif edib. İspaniyalı futbolçunun da İngiltərədə oynamaq istəməsi "qırmızı şeytanlar"ın işini asanlaşdırır. Tərəflər arasında razılıq əldə olunarsa, Koke yanvar ayından "Mançester Yunayted"də çıxış edəcək.Qeyd edək ki, 21 yaşlı futbolçu ilə "Arsenal" və "Liverpul" klubları da yaxından maraqlanır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb