Ramil Səfərovun Avropa Məhkəməsi işi ilə bağlı- XİN rəsmisi Leyla Abdullayevadan AÇIQLAMALAR

18:16 | 26.05.2020
Ramil Səfərovun Avropa Məhkəməsi işi ilə bağlı- XİN rəsmisi Leyla Abdullayevadan AÇIQLAMALAR

Ramil Səfərovun Avropa Məhkəməsi işi ilə bağlı- XİN rəsmisi Leyla Abdullayevadan AÇIQLAMALAR

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana və Macarıstana qarşı "Ramil Səfərovun işi" ilə bağlı qərarını açıqlayıb.
 
AR XİN Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Avropa İnsan Hüquqları Məhkəməsinin  bu günkü "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarı ilə bağlı KİV-in suallarını cavablandırıb.

  Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) məlum qərarı ilə bağlı nə deyə bilərsinizsualına Leyla Abdullayeva bildirib ki, AİHM-in 2015-cı ilin 16 iyun tarixli "Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunur:
" Biz Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarı ilə tanış olduq. Əlbəttə, qərarla bağlı konkret fikir söyləmək üçün onun hüquqşünas ekspertlər səviyyəsində öyrənilməsi vacibdir, Bununla belə qərarla bağlı müşahidələri bölüşmək olar.
İlk növbədə nəzərə almaq lazımdır ki, bu gün bölgəmizin həm millətlər, həm də fərdlər səviyyəsində üzləşdiyi ağrı və iztirablarının kökündə, məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində qurumuş düşmən siyasəti və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dayanır. Hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbələrini təhrif etməklə işğalçı Ermənistan, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpaqlarının davam edən qanunsuz işğalı və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır. 
Ermənistan həqiqətən insan hüquqları və azadlıqlarına sözdə bəyan etdiyi qədər əhəmiyyət yetirir və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman bu ölkə 30 ildən bəri davam edən, Azərbaycan torpaqlarının işğalına və bir milyondan artıq soydaşımızın  hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Habelə, AİHM-in 2015-ci il Çıqarovların işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur".


 Məhkəmə qərarının əsas nəticələri barədə mətbuat katibi deyir ki, məhkəmə əslində Ermənistanın əsas niyyətini təmin etməyib. Onun sözlərinə görə, məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini, əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir.
"Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib",- deyə o əlavə edib.



Bəs Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra onun əfv olunması məsələsinə münasibətdə də Məhkəmə qərarı bunu beynəlxalq hüququn standartlarına uyğun olaraq məsuliyyətə cəlb olunma üçün əsas kimi qəbul etməmişdir?

Leyla Abdullayeva bununla bağlı bildirib ki, əfv olunma, dünya təcrübəsində istifadə edilən bir haldır və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət başçısının əfv etmək səlahiyyəti vardır: "Bir daha vurğulamaq istərdim ki, bütün bəlaların kökündə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və bu siyasətin hələ də öz həllini tapmamış nəticələri durur. İki xalq arasındakı düşmənçiliyə son verilməsinin yeganə yolu münaqişənin nəticələrinin aradan qaldırılması, yəni, Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən işğalçı qüvvələrin çaxırdılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə insanın fundamental hüquqlarının təmin edilməsidir".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb