• $
  • €
  • ₽
  • ₺
  • £

“Neftçi”yə oyun satan futbolçular həbs edildi

“Neftçi”yə oyun satan futbolçular həbs edildi
30.11.2017 09:43
Premyer Liqanın XIII turu çərçivəsində baş tutan "Neftçi” – "Keşlə” oyunu böyük qalmaqala səbəb olacaq. Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapır.
 
Qaynarinfo futbolinfo.az saytına istinadən xəbər verir ki, bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar da atılıb. Dünən "Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra şok hadisə baş verib. Axşamüstü hər iki futbolçu müvafiq orqanlar tərəfindən saxlanılıb və hazırda dəmir barmaqlıqlar arxasındadılar.
 
"Neftçi” ilə oyundan sonra Ramiz Məmmədovun "səbəbləri açıqlasam, böyük partlayış ola bilər” sözləri təsadüfi deyilmiş. Sən demə, "Keşlə”nin çalışdırıcı olaylardan xəbərdar imiş. O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futbola görə hiss edibmiş. "Neftçi” ilə matçdan öncə məşqçi olayların belə axar alacağından duyuq düşübmüş. Amma mümkün məğlubiyyətin məsuliyyəti altında qalmamaq üçün həmin futbolçuları meydana buraxıb və şübhələri doğrulub.
 
Bizdə olan bilgiyə görə, "Neftçi ilə oyunda start heyətdə meydana daxil olan futbolçuların böyük əksəriyyəti bu plana qulluq edirmiş. Matçın şübhəli olması barədə ehtimallarımızı hələ oyun bitən kimi açıqlamışdıq. Sən demə, Orxan Sadıqlı, Sertan Taşkın, Adrian Skarlatake və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb. Düzdü, bəziləri plana qoşulmayıb, amma adlarını çəkdiklərimiz kimi, etiraz da etməyiblər.

Baş rolda "Neftçi” ilə müqavilə bağlamağa hazırlaşan Hacıyev və futbolçular üzərində gizli hökmranlığı olan Seyidov olub. İlk olaraq komandadan bu futbolçuların qovulması və hüquq-mühafizə orqanları tərəfindən məhz onların saxlanılması da təsadüfi deyil. Yaxın günlərdə bu işdə əli olan digər futbolçuları da eyni aqibət gözləyir.
 
Bəs, bu könüllü təslimçiliyin səbəbi nədir? Bildiyimizə görə, ortada bukmeker kontorları ilə işbirliyi yoxdu. Sadəcə, futbolçular hansısa məbləğ qarşılığında bu addımı atıblar. Bəs, həmin pulu kim verib? Dəqiq informasiyamız olmadığı üçün ad yazmağımız doğru deyil. 
 
İstənilən halda, oyunun hansısa məbləğ qarşılığında verilməsi varsa, həmin vəsaiti təmin edən insanlar da olmalıdı. Onları tapmaq isə artıq müvafiq orqanların işidi. Güman ki, Mirhüseynlə Nizaminin dünən saxlanılması və dindirilməsindən sonra əsas günahkarları da tanıyacağıq. Bildiyimizə görə, söhbət heç də fantastik məbləğdən getmir, 5-10 min dollarlıq söhbətdi. "Keşlə”dən vaxtlı-vaxtında maaşını ala bilməyən futbolçular bu addımı atmaqla özlərinə gün ağlamağa çalışıblar.
 
Vəziyyət o qədər ciddidi ki, Seyidov kimi arxalı, yuxarı dairələrdə dayaqları olan futbolçunu da qorumaq mümkün olmayıb. Əldə təkzibolunmaz sübutlar olduğu deyilir.
 
Bu qalmaqal heç də yalnız "Neftçi” ilə oyunla bağlı deyil. "Keşlə”nin ardıcıl 7 məğlubiyyəti təsadüfi deyilmiş və daha bir neçə matçla bağlı şübhələr var. Araşdırma davam edir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol