• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov ilin məşqçisi seçildi

Qurban Qurbanov ilin məşqçisi seçildi
08.12.2017 14:44
Azərbaycanda ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

"Qafqazinfo” xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

Səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 45 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən cəmi iki nəfər "Zirə”nin baş məşqçisi Ayxan Abbasovu fərqləndirib.

Qurban Qurbanov 2017-ci ildə "Qarabağ”a ardıcıl 4-cü dəfə Azərbaycan çempionluğunu, 3-cü dəfə Azərbaycan kubokunu qazandırıb. "Qarabağ” Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə də vəsiqə əldə edib. "Köhlən atlar” qrup mərhələsində Madrid "Atletiko”su ilə qarşılaşmalarda iki xal qazanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol