Azərbaycan Beynəlxalq Bankı Rusiyadakı filiallarını bağlayır

Azərbaycan Beynəlxalq Bankı özəlləşdirmə çərçivəsində Rusiyadakı törəmə şirkəti - "MBA-Moskva”nın bir sıra filiallarını bağlamaq qərarına gəlib. Söhbət Sankt-Peterburq və Yekaterinburqdakı filiallardan gedir.
Məlumatda qeyd olunur ki, Sankt-Peterburq və Yekaterinburq filiallarının müştəriləri ilə iş normal rejimdə davam edir. Martın 5-dən başlayaraq həmin filiallar əmanətlərin qəbul olunmasını dayandırıb və ödəniş sistmeləri vasitəsilə pul köçürmələrini həyata keçirmir.
Əmanətlərin qaytarılması isə məhdudiyyət olmadan, adi qaydada həyata keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər 
Daha çox 














