• $
  • €
  • ₽
  • ₺
  • £

Putin məhbusları döyüşə göndərir - Sağ qalanlar əfv olunacaq

Putin məhbusları döyüşə göndərir - Sağ qalanlar əfv olunacaq
06.07.2022 22:00
Rusiyanın Ukraynaya qarşı başladığı xüsusi hərbi əməliyyatlar beş aya yaxındır ki, davam edir. Bu vaxt ərzində ciddi itkilər verən Rusiya yeni yollara əl atmağa başlayıb. Belə ki, Rusiyada ciddi hərbçi çatışmazlığı olduğundan döyüşə məhbuslar da daxil ediləcək.
 
Rusiya Prezidenti Vladimir Putin kadr probleminə həll yolu tapmaq üçün fövqəladə qərar qəbul edib.
 
Məlumata görə, Rusiya Ukraynada döyüşmək üçün məhbusları cəlb etməyə başlayıb. Bildirilir ki, əməliyyatı Putinlə əlaqəsi olduğu bilinən "Vaqner" qruplaşması həyata keçirir.
 
Qruplaşma məhbusları Ukraynada "nasistləri "öldürmək üçün bir araya toplayır.
 
Döyüşə cəlb olunan hər məhbusa aylıq təxminən 1000 manata yaxın maaş verildiyi, 6 aydan sonra sağ-salamat qayıtdıqları təqdirdə cəzalarının ləğv ediləcəyi açıqlanıb.
 
Artıq Rusiyanın Yablonevka, Obuxovo və Fornosovo həbsxanalarında məhbusların toplanmasına start verilib.
 
Məhbuslardan birinin qohumu bildirib ki, ötən həftənin beşinci günü axşam saatlarında məhbuslarla danışıqlar başlayıb:
 
"Məhkumlara deyilib ki, nasistləri tapmaq asan deyil, ona görə də hamı geri qayıda bilməyəcək. Hakimiyyət bəyan edib ki, gedənlərin yalnız 20 faizinin geri dönməsini gözləyirlər. Sağ qalan məhbuslar əfv olunacaq, onlara 200 min rubl pul və mükafat veriləcək. Ölənlərin ailələrinə də 5 milyon rubl təzminat vəd edilib. Amma bütün bu razılaşmalar yalnız şifahi olacaq və heç vaxt kağız üzərində yazılmayacaq”.
 
Digər mənbəyə görə, həbsxanalardan 200 nəfərin qeydiyyatdan keçmək istədiyini, lakin 40 nəfərin işə götürüldüyü qeyd olunub. Eyni zamanda məhbusların yalan detektoru ilə sınaqdan keçirildiyi iddia edilir.
 
Rusiyada ilkin olaraq "işə qəbul" kampaniyası yalnız əvvəllər hərbi xidmətdə olanlar üçün nəzərdə tutulub. 
 
Qeyd edək ki, bu xəbər Rusiyadakı məhbusların ailələri tərəfindən birmənalı qarşılanmayıb, bir çoxları buna etiraz ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol