• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-da növbəti sağlamlıq tədbiri

Yelo Bank-da növbəti sağlamlıq tədbiri
04.11.2023 16:00
Oktyabr ayı bütün dünyada süd vəzi xərçənginə qarşı mübarizə və maarifləndirmə ayı kimi qeyd olunur. Yelo Bank bu mühüm sağlamlıq problemi haqqında məlumatlılığı artırmaq üçün təşəbbüskar addım atıb. Sağlam Ailə-nin təşkilatçılığı və tanınmış həkim-ginekoloqun iştirakı ilə Bankın qadın əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib. Son illər bu xərçəng növü üzrə ölkəmiz də daxil olmaqla, bütün dünyada tutulma halları artmaqdadır. Həyati təhlükə daşıyan bu xəstəliyin erkən diaqnozu çox əhəmiyyətlidir. Bu məqsədlə həkim-ginekoloq Sevgin Bayramzadə süd vəzi xəçəngi, onun əlamətləri, risk faktorları, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodlarından bəhs edib. Tədbir məlumatlandırıcı materialların paylanılması ilə yekunlaşıb. 

Qeyd edək ki, Yelo Bank 2023-cü ili "Sağlamlıq ili” elan edib və əməkdaşlarının rifahının yüksəldilməsi üçün bir sıra layihələrə imza atıb. Cari ilin əvvəlində Bank daxilində əməkdaşlar üçün ödənişsiz göz, D vitamini, gizli şəkər müayinəsi həyata keçirilib. Həmçinin, tanınmış tibb nümayəndələrinin iştirakı ilə sağlamlıq sessiyaları və müntəzəm yoqa dərsləri də təşkil edilir.

Ehtiyac krediti ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol