• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika Zəfər Günü ərəfəsində qanvermə aksiyası keçirib

Bank Respublika Zəfər Günü ərəfəsində qanvermə aksiyası keçirib
07.11.2023 10:15
Fəaliyyətində sosial yönümlü layihələrə hər zaman böyük önəm verən Bank Respublika,  Zəfər günü ərəfəsində növbəti xeyirxah aksiya həyata keçirib. 

Belə ki, Azərbaycan Talassemiya Federasiyasının dəstəyi və Milli Hematologiya və Transfüziologiya Mərkəzinin nəzdində Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Bankın Baş Ofisində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası həyata keçirilib.

"Dəstək olaq, təbəssümlər çoxalsın!” şüarı ilə keçirilən qanvermə aksiyasında Bankın rəhbərliyi və əməkdaşları iştirak edib. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb. 

Hazırda Azərbaycanda talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan bir çox insanların həyatı məhz kütləvi qanvermə aksiyalarından asılıdır.

Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak etməyə, donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol