• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada Neft Daşlarında ilk platformanın istismara verilməsindən 74 il keçir

Dünyada Neft Daşlarında ilk platformanın istismara verilməsindən 74 il keçir
07.11.2023 10:59
Bu gün Azərbaycanın Neft Daşlarında dünyada ilk dənizdə neft platformasının istismara verilməsinin 74-cü ili qeyd edilir. Bu barədə Energetika Nazirliyi "X” sosial hesabında bildirib.

Məlumata görə, 1949-cu ilin bu günündə 942 metr dərinliyindəki 1 nömrəli quyudan sutkada 100 ton neft hasil edilərək açıq dənizdə kəşfiyyat və hasilat işlərində yeni dövr açılıb.

"Neft Daşları Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə, dənizin dibinə bərkidilmiş metal dirəklər üzərində tikilmiş unikal şəhər platformasıdır. Bu platformanın fəaliyyətə başlaması neftçi-geoloq Ağa Qurban Əliyevin, onun ardınca isə Yusif Səfərov və Mixail Kaveroçkin kimi digər öncüllərin adları ilə bağlıdır”, - paylaşımda qeyd olunub.
 
Cari ilin doqquz ayında Azərbaycanda 35 milyard 900,7 milyon kubmetr təbii qaz hasil edilib.

9 ay ərzində Azərbaycanda 22 milyon 603,5 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 22 milyon 513,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

1 il əvvələ nisbətən neft hasilatı 7,7 %, əmtəəlik neft hasilatı isə 7,8 % azalıb.

1951-ci ilin fevralında Neft Daşlarından neftlə dolu ilk tanker yola salınıb. Həmin il estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış obyektlərinin inşasına başlanılıb.
 
Neft Daşları Azərbaycanda neft hasilatının artmasına təkan verib. Respublikada illik neft hasilatı 1948-ci ildəki 14 milyon tondan 1966-cı ildə 22 milyon tona çatıb. Dünya təcrübəsində ilk dəfə olaraq dənizdə laylara suvurma metodu məhz "Neft Daşları” yatağında tətbiq edilib. İşlənmənin əvvəlindən bəri Neft Daşlarında laylara 270 milyon kubmetrə yaxın su vurulub, bunun da nəticəsində quyuların fontan üsulu ilə işləməsinin müddəti xeyli uzadılıb və layların neftvermə əmsalı xeyli artıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol