• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vergi daxilolmaları artıb

Azərbaycanda vergi daxilolmaları artıb
07.11.2023 11:17
2023-cü ilin yanvar-oktyabrında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çox - 14 milyard 593,5 milyon manat vəsait daxil olub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında yazıb.

O bildirib ki, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,2 % artaraq 8 milyard 387,4 milyon manata çatıb", - nazir yazıda vurğulayıb.
 
Cari ilin yanvar-sentyabrında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 % çox - 12 milyard 810,7 milyon manat vəsait daxil olub.
 
Dövlət Vergi Xidmətinin xətti ilə 2023-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 62,6 faizi və ya 8385,0 milyon manatı qeyri-neft sektorunun, 37,4 faizi və ya 5017,0 milyon manatı neft sektorunun payına düşür.

DVX xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 12,6 faizi həcmində nəzərdə tutulub.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol