• $
  • €
  • ₽
  • ₺
  • £

10 ayda qeyri neft-qaz sektoru 7 %-dən çox artıb

10 ayda qeyri neft-qaz sektoru 7 %-dən çox artıb
14.11.2023 13:22
2023-cü ilin on ayında Azərbaycanda neft-qaz sektorunda məhsul istehsalı 2,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,4 % artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, cari ilin yanvar-oktaybrında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 55,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % az sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 68,1 %-i mədənçıxarma sektorunda, 26,6 %-i emal sektorunda, 4,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,1 % azalıb, əmtəəlik qaz hasilatı isə 3,6 % artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,9 % artıb.
 
2022-ci ildə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 930,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə 2,3%-lik artım müşahidə olunub.


2022-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 502,9 milyon manat təşkil edib, bu da illik müqayisədə 48,4% artım deməkdir.
 
Aytac Zeynalova
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol