• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələrin nəzərinə: İKTA “Gələcək sənsən” Yay Təcrübə Proqramına müraciət elan edir

Tələbələrin nəzərinə: İKTA “Gələcək sənsən” Yay Təcrübə Proqramına müraciət elan edir
30.04.2026 09:52

Gənclərin telekommunikasiya və informasiya texnologiyaları sahəsində praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən “Gələcək sənsən” Yay Təcrübə Proqramına start verilir.

Proqram ali təhsil müəssisələrinin tələbələri və gənc məzunları üçün nəzəri biliklərin praktik mühitdə tətbiqi, peşəkar iş təcrübəsinin əldə olunması və telekommunikasiya sahəsində real iş prosesi ilə tanışlıq baxımından mühüm imkanlar yaradacaq.

Təcrübə proqramında iştirak etmək istəyən namizədlər üçün minimal tələblər aşağıdakılardır:

  • Yerli və ya xarici ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat və ya 1-ci, 2-ci kurs magistratura pilləsində təhsil almaq;
  • Cari tədris ilinin yaz semestri üzrə, məzunlar üçün isə yekun ümumi orta müvəffəqiyyət göstəricisinin 75-80 baldan yuxarı olması;
  • İngilis dili biliyinin yaxşı səviyyədə olması.

Proqram çərçivəsində iştirakçılar telekommunikasiya sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə təşkil olunacaq təlimlərdə iştirak etmək, nəzəri biliklərini praktikada tətbiq etmək və real iş mühitində təcrübə qazanmaq imkanı əldə edəcəklər. Təcrübə proqramını uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq. Eyni zamanda, təcrübə müddətində uğurlu nəticə göstərən iştirakçılar üçün iş imkanlarının yaradılması nəzərdə tutulur.

Namizədlərin seçimi bir neçə mərhələdə həyata keçiriləcək:

  • Sənədlərin ilkin yoxlanılması;
  • Müsahibə mərhələsi;
  • Tapşırıq əsaslı qiymətləndirmə.

Proqramda iştirak etmək istəyən şəxslər Agentliyin rəsmi internet saytının “Karyera” bölməsi və ya sosial şəbəkə hesablarında yerləşdirilən keçidlər vasitəsilə 29 aprel – 21 may tarixləri arasında müraciət edə bilərlər.

Yay təcrübə proqramı 1 iyul 2026-cı il tarixindən 30 avqust 2026-cı il tarixinədək davam edəcək.

Agentlik gəncləri “Gələcək sənsən” Yay Təcrübə Proqramına qoşularaq peşəkar inkişaf və karyera imkanlarından yararlanmağa dəvət edir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Spotify və TikTok Azərbaycanda ƏDV üzrə vergi uçotuna alınıb
Texnologiya 10:39
Spotify və TikTok Azərbaycanda ƏDV üzrə vergi uçotuna alınıb
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Texnologiya 12:44
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Süni intellekt modellərinin təlimində insanın payı 20%-ə düşüb – Kai-Fu Li
Texnologiya 15:01
Süni intellekt modellərinin təlimində insanın payı 20%-ə düşüb – Kai-Fu Li
1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
Texnologiya 17:51
1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb
Texnologiya 10:21
Beş icra hakimiyyəti İT sistemlərini "Hökumət buludu"na köçürüb
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
Texnologiya 16:59
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
Texnologiya 16:16
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
“WhatsApp”da yeni funksiyalar
Texnologiya 11:36
“WhatsApp”da yeni funksiyalar
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb
Texnologiya 15:40
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol