• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir- Şahbazov

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir- Şahbazov
06.10.2026 15:51

 

Azərbaycan və Böyük Britaniya energetika, texnologiya, nəqliyyat, rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni işçi qrupları yaratmağa hazırlaşır. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında bildirib.

Şahbazov qeyd edib ki, müzakirə olunan istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

Nazir bildirib ki, tərəflər konkret məsələlərin praktiki müzakirəsi və mümkün qədər qısa müddətdə nəticələrin əldə edilməsi üçün növbəti iclası gözləmədən əlaqələri davam etdirəcəklər.

“Bütün bu məsələləri praktiki şəkildə müzakirə etmək və mümkün qədər tez konkret nəticələr əldə etmək üçün son dərəcə vacib olan işçi qruplarının yaradılmasına çalışacağıq”, - Şahbazov deyib.

Onun sözlərinə görə, müzakirələr Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin dərin və uzunmüddətli olduğunu, eyni zamanda gələcək əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu göstərir.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
İqtisadiyyat 16:46
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
Azərbaycan-Niderland ticarət dövriyyəsi 325 milyon dollar olub
İqtisadiyyat 13:14
Azərbaycan-Niderland ticarət dövriyyəsi 325 milyon dollar olub
Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib
İqtisadiyyat 10:02
Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:27
Avro və rubl bahalaşıb - məzənnə

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:26
Bu günün valyuta məzənnələri açıqlanıb

Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:11
Dünya bazarlarında neft ucuzlaşıb
15-29 yaşlı qadınlar arasında işsizlərin payı kişilərdən yüksək olub
İqtisadiyyat 16:37
15-29 yaşlı qadınlar arasında işsizlərin payı kişilərdən yüksək olub
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
İqtisadiyyat 16:33
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
İqtisadiyyat 11:27
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol