• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar

İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
10.10.2026 16:10

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Ramzan Kadırova ərazidə görülən işlər və yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənmiş və vaxtilə “Qara şəhər” adlandırılan ərazidə Prezident İlham Əliyevin təşəbbüsü ilə genişmiqyaslı ekoloji layihə həyata keçirilib və müasir yaşayış massivi yaradılıb.

“Bakı Ağ Şəhər” layihəsinin icrasına 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə başlanılıb.

Layihə ekoloji təmizlik, dayanıqlı inkişaf və “ağıllı şəhər” prinsipləri əsasında hazırlanıb. Ərazidə geniş küçələr, yaşıllıq sahələri və beynəlxalq heykəltaraşlıq nümunələri yaradılıb, müasir şəhərsalma həlləri tətbiq olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol