Rilaya: “Mən əbədi nağıl, uğur və möhkəm sağlamlıq arzusundayam” MÜSAHİBƏ

15:16 | 20.11.2015
Rilaya: “Mən əbədi nağıl, uğur və möhkəm sağlamlıq arzusundayam” –  MÜSAHİBƏ

Rilaya: “Mən əbədi nağıl, uğur və möhkəm sağlamlıq arzusundayam” MÜSAHİBƏ

Rüstəm Qasımov

ANN.Az Rilaya təxəllüsü ilə çıxış edən məşhur azərbaycanlı müğənni, "Eurovision 2013”ün milli seçim turunun finalıçılarından biri və "Böyük səhnə” şousunun ilk mövsümünün yarımfinalçısı Valeriya Hüseynzadə ilə söhbətləşib. Müsahibəni təqdim edirik: 

- Rilaya, siz uşaqlıqda bədii gimnastika, idman rəqsləri və tennislə məşğul olmusunuz. Bəs niyə böyük idmanı tərk etdiniz? 

- Bəli, hər şey dediyiniz kimidir. Mən daim idmanla məşğul oluram, əgər indi mənim facebook səhifəmə baş çəksəniz, orada mənim stretçinqlə məşğul olduğumu görə bilərsiniz, xareoqrafiyaya gedirəm və çalışıram bacardığım qədər tez-tez fitnes zala baş çəkəm. 
 


- Peşəkarlıq baxımdan başqa istiqamətdə olsanız da, sizin hüquq ixtisasınız var. Bunu uşaqlıqdan arzulamız? 

- Bəli, uşaqlıqdan hüquqşünas olmağı və Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almağı arzulayırdım. Ancaq zövqlər dəyişir, yaradıcılığa olan həvəsim daha möhkəm basdı. Ürəyimə daha çox nə yatırsa, onunla məşğul olmağa başladım. 

- Bakı Xareoqrafiyası buraxılışında aldığınız xareoqrafiya təhsili köməyinizə çatırmı, axı indi şou-biznesdə təkcə müğənni bacarıqları deyil, səhnədə yaxşı hərəkət etmək də tələb olunur? 

- Əlbəttə, kömək edir. Ritmi hiss etmək, tempi duymaq, səhnədə rəqs ritmləri baxımından. Elastikliyimi mən xareoqraf keçmişimə borcluyam və bunu səhnədə əks etdirməyə çalışıram. 
 


- Siz həmçinin iki nömrəli musiqi məktəbində skripka sinfində təhsil almısınız, həmçinin paralel olaraq fortepianoda çalmısınız. Bəs niyə musiqiçi olmadınız? Musiqi müsabiqələrində çıxış etmisinizmi? 

- Musiqi həyatımda həmişə vacib rol oynayıb, anam keçmiş skripaçkdır. Musiqini mənə o verib. Pedaqoqların fikrincə, mənim yaxşı perspektivim vardı, ancaq təəssüf ki, musiqi məktəbiylə ayaqlaşmaq olmurdu, valideynlərim daha çox ümumi təhsilə yönəlməyimi istəyirdilər. İndi buna görə azca da olsa, peşmanam. Ciddi musiqi müsabiqələrində özümü yoxlamağa müvəffəq olmadım. 
 


- Bəs nə zaman peşəkarcasına müğənniliklə məşğul olmağa və böyük səhnəyə çıxmağa başladınız? 

- Ümumiyyətlə, bu barədə tez-tez düşünürdüm, ancaq "Böyük səhnə”, "Eurovizionun milli seçim turu”ndan sonra oxumağa başladım. Sonra isə müğənnilik fəaliyyəti ilə daha səylə məşğul olmaq qərarına gəldim. İndi mənim "Fusion band” adlı qrupum var, biz hər gün şəhərimizin müxtəlif məkanlarında çıxış edirik. Oxucuları bizim konsert və proqramlarımızda görməkdən də məmnun olarıq. Konsertlərin və proqramların harada baş tutacağını öyrənmək üçün siz mənim sosial şəbəkələrdəki "Rilaya” adlı səhifəmdən xəbər tuta bilərsiniz. 
 


- Rilaya, sizi "Eurovision” beynəlxalq musiqi müsabiqəsinə cəlb edən nə idi? Niyə orda iştirak etmək istəyirdiz?
 
- Belə parlaq beynəlxalq müsabiqədə öz ölkəni təmsil etmək böyük şərəfdir. Hər bir artist üçün bu böyük təcrübə, məşhurlaşmağa doğru bir addımdır. Hazırda iştirak barədə düşünməsəm də, ancaq nə vaxtsa yenidən seçim turunda iştirak edəcəyimi istisna etmirəm. Hər bir müsabiqə artist üçün böyük təcrübə və emosiyalar partlayışıdır, həm hazırlıq mərhələsi, həm də çıxış mərhələsi çox böyük əhəmiyyət daşıyır. 

- "Böyük səhnə” yerli musiqi müsabiqəsində iştirak sizə necə təsir etdi? 

- O mənə fikirləşdiklərimi gələcəkdə reallaşdırmağıma təsir etdi. Kulis arxası, daxildə hansı proseslərin baş verdiyi barədə faydalı təcrübə qazandım, o cümlədən böyük səhnələrdə çıxış etmək üçün öz üzərində işləməyin nə qədər vacib olduğunu dərk elədim. 
 


- Uğursuzluqlara necə yanaşırsınız, bundan nəticələr çıxarırsınızmı və bu təcrübələr sizə necə təsir edib? 

- Məğlubiyyətə uğrayanda heç vaxt təəssüflənmirəm. Ola bilsin anlıq depressiya yaşayıram... Ancaq ruhdan düşmək məsələsi mənə görə deyil. Mən hər zaman irəli gedirəm, neqtiv şeylər barədə düşünmürəm, çıxışlarım barədə səsləndirilən qərəzli və pis fikirlərə də baş qoşmuram. Mənim öz yolum var, başqalarının fikrinə məhəl qoymadan bu yolla irəliləməkdə qərarlıyam. 

- Çətinliklərlə üzləşmisinizmi, onlar sizə necə təsir edir? 

- Çətinliklərlə üzləşməyə o qədər məruz qalmışam ki. Onlar həyat prosesində tez-tez qabağımıza çıxırlar. Sadəcə öz üzərində işləmək və bunu nəyə görə etdiyi dəqiq bilməlisən. 
 


- Rilaya sizə belə bir sual vermək istərdim. Gözəl xarici görkəm sizə həyatda kömək edirmi?

- Mən öz gözəlliyimin fərqindəyəm, ancaq hamının xoşuna gəlməyəcəyimi də bilirəm. Zövqlər müxtəlifdir. Kənardan tez-tez səhnədə gözəl göründüyümü eşidirəm. Ancaq daha çox daxili dünyamla diqqət cəlb etməyi istədiyimi deməliyəm, məncə, daxili dünyam da gözəldir. 
 


- Gəlin sizin yaradıcılığınızdan danışaq. Ümumi götürsək sizin mahnılarınız nəyi ifadə edir və hansı oxucu kateqoriyasına ünvanlanıb? 

- İndiki yaradıcılığımda mən daha çox cover-ifaçısı kimi çıxış edirəm. Öz mahnılarım da var, yeniləri də yoldadır. Mahnılarım ümumilikdə məhəbbət haqdadır. Repertuar böyük dinləyici auditoriyasına ünvanlanıb. Həm caz-blyuz, həm də rəqs proqramı var. Hər dəfə proqrama Azərbaycanın xalq mahnılarını və müəllif mahnılarını da əlavə etməyə çalışıram. 

-  İfa etdiyiniz mahnılar içərisində ürəyinizə daha yaxın və qəhrəmanınızın ağrılarını hiss etdirən parçalar varmı? 

- Bəli, belə kompozisiyalar var. Mənim "Saf” adlı mahnım məsələn. Klip çəkiləndə mən hər dublda mahnıdakı emosiyalarını daha çox hiss edirdim, indi isə mahnını hər ifa edəndə bunu duyuram. 
 


- Bəs klip məsələsində necə, video çəkilişlər üçün özünüz süjetlər fikirləşmək istəyirsizmi? 

- İmkan olanda, bu məsələdə mütləq iştirak edirəm. Ancaq mən daha çox öz menecerimə arxayın oluram, o, bu məsələlərdə daha peşəkardır. Onda biznesdə və layihələrdə yaradıcı yanaşma var. Ona görə də əmin oluram ki, hər şey məntiqli və maraqlı olacaq. 

- Klipin çəklişi uzun və əziyyətli prosesdir, yoxsa..? Bunun öhdəsindən asanlıqla gələ bilirsiniz? 

- Klipin çəkilişi asan deyil, ancaq maraqlıdır. Bəzən lokasiyalarla, hava şəraitiylə bağlı problemlər çıxır, ancaq ortada yaxşı nəticə olanda, buna dəyir. 

- Sizin prodüsseriniz kimdir, onun işi fəaliyyətinizdə yardımçı olurmu? 

- Mənim prodüsserim və ya menecerim (hərə istədiyi kimi deyir) Zəhra Bədəlbəylidir. Bizim bir neçə illik əməkdaşlığımız çox harmonik və məhsuldardır. O istedadlı yaradıcı şəxsdir, mən buna görə onu çox dəyərləndirirəm.
 

 
- Özünüzü aktrisa kimi sınamaq, filmdə çəkilmək istərdinizmi? 

- Bəli, istərdim. Hətta mənə bu barədə təklif də gəlib. Ola bilsin, gələcəkdə filmə çəkilməyə razı oldum. 

- Saytlarda tez-tez sizin rəngarəng şəkilləriniz yayılır. Yəqin şəkil çəkdirmək xoşunuza gəlir. 

- Fotosessiya mənim peşəmin ayrılmaz xüsusiyyətidir və maraqlı fotoqraflarla işlədiyimə görə çox xoşbəxtəm. Fotoya çəkilməyi sevirəm, ancaq oxumağı daha çox sevirəm... 

- Musiqidən savayı, nə işlə məşğul olursunuz? Məşğuliyyətləriniz varmı?..

- Bir müddət əvvəl rəsm çəkməyə başlamışam. Bu məşğuliyyət çox xoşuma gəlir. Mənim həvəskar işlərimi veb səhifələrdə və sosial şəbəkələrdə görə bilərsiniz. Şəxsən mənim üçün bu özünəməxsus art-terapiyadır. 

- Rilayanın arzusu nədir? 

- Mən əbədi nağıl, uğur və möhkəm sağlamlıq arzusundayam.
 
- Və sonda. Gələcək barədə planlarınızı bizimlə bölüşərsinizmi? 

- Gələcək barədə planlar olduqca çoxdur. Kliplər, mahnılar və böyük layihələr planlaşdırılır. Onları gerçəkləşdirmək üçün mən həmişə üzərimdə ciddi şəkildə işləyirəm. 

- Rilaya, maraqlı söhbətə görə təşəkkür edirik. Biz sizə yeni layihələr, kliplər və ən prestijli konsert zallarında çıxışlar arzu edirik. 

- Təşəkkürlər!

(Fotolar Rilayanın şəxsi arxivindəndir)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM