Rusiyadan alınan döyüş texnikası ölkəmizə gətirildi – VİDEO

11:45 | 10.07.2017
Rusiyadan alınan döyüş texnikası ölkəmizə gətirildi – VİDEO

Rusiyadan alınan döyüş texnikası ölkəmizə gətirildi – VİDEO

Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən, ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb.

Bu barədə Oxu.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM