"Samsung Electronics"dən iki möhtəşəm yenilik

22:50 | 25.08.2015

"Samsung Electronics"dən iki möhtəşəm yenilik

SUHD TV və Galaxy S6 EDGE + smartfonları təqdim olundu

Avqustun 24-də doqquz ildən çoxdur TV kateqoriyasında əvəzolunmaz dünya lideri sayılan "Samsung Electronics"in iki yeni məhsulunun təqdimatı keçirilib. Samsung SUHD televizorunun və "Samsung Galaxy S6 EDGE+" smartfonunun təqdimatında çıxış edən "Samsung Electronics Caucasus Company"nin prezidenti Biyanq Du Çoy bildirib ki, "Samsung" şirkətinin yeni məhsulları premium məzmunun ultra-yüksək dəqiqliklə (UHD) görüntülənməsi üçün nəzərdə tutulan vasitələr sahəsində yeni standartlar yaratmaqdadır. O, "Samsung"un məhsullarına bazarda ildən-ilə tələbatın artdığını, 2013-cü ildə bu tələbatın 32 faiz olduğu halda, 2014-cü 34 faizə qədər yüksəldiyini diqqətə çatdırıb. Şimali Amerikada bu göstərici hətta 38 faizdir. Şirkət prezidenti "Samsung"un smartfon bazarında da liderə çevrildiyini deyib.

Daha sonra adıçəkilən şirkətin iki məhsulu - Samsung SUHD televizorları və "Samsung Galaxy S6 EDGE+" smartfonları haqqında iştirakçılara ətraflı məlumat verilib.
Bildirilib ki, "Samsung SUHD" innovativ televizorlarının istehsalı UHD texnologiyalarının inkişafında vacib mərhələdir. Yeni televizorlar istifadəçilərə mükəmməl təsvir keyfiyyəti, əsrarəngiz kontrast və gözoxşayan rənglərin parlaqlığını bəxş etməklə yanaşı, bir çox cəhətlərinə görə əvvəlki nəsil televizorlarını üstələyir. Bundan başqa, "Samsung SUHD" televizorları bir sıra yeni funksiyalara da malikdir. SUHD təsvirin uyğunlaşdırılması prosessoru (re-mastering engine)  sayəsində görüntünün mükəmməl keyfiyyətini təmin edir, yuvarlaq ekran isə tamaşaçıya izləmə vaxtı daha yüksək təəssürat alma imkanı bəxş edir. Tizen operativ sistem bazası əsasında işləyən və yenilənmiş Smart TV platformasının intellektual funksiyaları isə tamaşaçını vaxtaşırı istifadə etdiyi proqramlara asan keçidlə təmin edir.

Nanokristallik yarımkeçiricilərin xüsusi ekoloji cəhətdən təhlükəsiz texnologiyası və SUHD təsviri reallığa uyğunlaşdıran intellektual prosessoru sayəsində, yeni Samsung SUHD televizorları şirkətin TV avadanlığı sayəsində qazandığı innovativ uğurun ən yaxşı təsdiqi sayıla bilər.

Yeni nəsil "Samsung SUHD" televizorlarının nanokristallik yarımkeçiriciləri rəngi hər nöqtənin ölçüsündən yayımlamaq və bununla da tam dəqiq rəng ötürmək qabiliyyətinə malikdir. Bu texnologiya sayəsində yeni Samsung televizorlarının rəng ötürmə dəqiqliyi digər televizorlardan 64 dəfə daha yüksəkdir. SUHD təsviri reallığa uyğunlaşdıran prosessoru avtomatik olaraq təsvirin parlaqlığını təhlil edir, artıq enerji istifadəsini minimallaşdırır və yüksək səviyyəli kontrast yaradır. Bu texnologiya sayəsində yeni Samsung televizorları 2,5 dəfə daha parlaqdır, qara rəngin daha dolğun çalarlarını yaradır və rənglərin dəqiq ötürülməsi üçün iki dəfə daha çox nöqtəyə malikdir.

Bundan başqa, "Samsung SUHD" televizorlarının istehsalı zamanı ekoloji cəhətdən təhlükəsiz texnologiyalardan istifadə olunub ki, bu da yeni nəsil televizorlara öz sinfində enerji effektivliyi və etibarlılıq göstəriciləri üzrə liderlik mövqeyini qoruyub saxlamağa imkan verir.

Smart TV texnologiyalarının inkişafının yeni dönəmi başlayıb

2015-ci ildən bütün Samsung Smart TV televizorları Tizen operativ sistemi bazasında çalışır. Tizen – yeniliklər üzərində çalışan mütəxəssislərə asanlıqla uyğun TV əlvələri yaratmaq imkanı verən platformadır. Tizen sayəsində yeni Samsung Smart TV platforması özündə bir sıra yeni funksiyaları birləşdirməklə yanaşı, istifadəçilərə intuitiv asan keçid imkanı, kompleks əyləncə təcrübəsi və daha geniş kontent seçmək fürsəti verir.

Yenilənmiş Samsung Smart Hub servisinin interfeysi istifadədə daha da asanlaşdırılıb. Artıq menyu əsas ekranda əks olunur və bu da öz növbəsində seyr edilən kontentə daha asan naviqasiyanı təmin edir.

Samsung Smart TV istifadəçiləri Amazon, Comcast, Direc TV və M-GO kimi aparıcı kontent provayderlərinin təqdimatında UHD filmləri, seriallari və ən yaxşı televiziya şoularını seyr etmək imkanını malik olacaqlar.

"Samsung" şirkəti artıq istifadə olunan UHD Video Pack vasitəsilə Technicolor və Dream Works Animation şirkətlərinin TVOD xidməti ilə əməkdaşlıqda UHD filmlərinin yüklənməsi servisini də istifadəyə verib.

Bu gün "Samsung"un tərəfdaşları siyahısında 50-dən çox kontent-provayder var və bu siyahı daim yenilənir.

Azərbaycan bazarında flaqman seriyanın hər üç modeli (Samsung SUHD TV JS9500, JS9000 və JS8500) təqdim olunub.

Şirkət təmsilşiləri əminliklə bildiriblər ki, "Samsung"un innovativ televizorları istifadəçilərin böyük rəğbətini qazanacaq.

Tədbirdə daha sonra "Samsung Galaxy S6 EDGE+" smartfonları barədə məlumat verilib. bildirilib ki, Azərbaycanda bu ilin 4 sentyabr tarixindən etibarən satışa çıxarılacaq "Samsung Galaxy S6 EDGE+" özündə yuvarlaq displey texnologiyası və ən qabaqcıl xarakteristikalarla bərabər yüksək məhsuldarlıq amillərini birləşdirən unikal dizaynı əks etdirir: yüksək texnologiyalı displey, foto və video üçün premium-klass kamera, sürətli kabelli və kabelsiz adapter və güclü prosessor.

 Həcmi 4  GB-a qədər artırılmış operativ yaddaş bazarda ən yüksək məhsuldarlıq və effektivliyi təmin etməklə yanaşı, istifadəçilərə çoxfunksiyalı rejimdə hər hansı bir çətinlik olmadan işləmək imkanı yaradır. Quad HD rezolyusiyalı 5,7 inçlik yuvarlaq displey və Super AMOLED cihazı daha yüksək multimediya imkanları ilə təmin edir.
Samsung Galaxy S6 EDGE+ bir saniyədən daha az müddətə (Quick Launch) Home düyməsi üzərinə iki dəfə basmaqla aktivləşən mükəmməl kamera, real zamanda çəkiliş üçün nəzərdə tutulan avtomatik HDR funksiyası, optik stabilizasiya və yeni filtrlərlə təchiz olunub.

Videokollaj rejimi istifadəçilərə müxtəlif çərçivə və effektlərdən yararlanaraq asanlıqla qısa videolar çəkmək və onları redaktə etmək imkanı yaradır. Samsung Galaxy S6 EDGE+ smartfonu istifadəçilərə eyni anda həm telefon siyahısındakı bir və ya bir neçə şəxs üçün, həm də YouTube saytına Full HD keyfiyyətli videoyazılar yükləməyə imkan verən 4K (UHD) video rejimi və onlayn-yayım (Live Broadcast) funksiyasını da dəstəkləyir.

"Samsung Galaxy S6 EDGE+" kabelsiz və kabelli şarj olma texnologiyasını da dəstəkləyir. Telefonun daxilinə yerləşdirilən kabelsiz şarj olma texnologiyası demək olar ki, bütün mövcud enerji şəbəkələrinə uyğundur. Standart şarj olma cihazı ilə smartfon 90 dəqiqəyə tam olaraq enerji alırsa, yeni kabelsiz cihazla buna təxminən 120 dəqiqə vaxt tələb olunur.

















 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb