Səlim Müslümovdan yeni rəis TƏYİNATI

11:10 | 14.03.2014
Səlim Müslümovdan yeni rəis TƏYİNATI

Səlim Müslümovdan yeni rəis TƏYİNATI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin APA-ya verdiyi xəbərə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəisi Fuad Rəhim oğlu Əlizadə olub.

 F. Əlizadə 26 mart 1980-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili) fakültəsini, Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsində böyük məsləhətçi, 2005-2013-cü illərdə fondun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri vəzifələrində işləyib. 14.11.2013-cü il tarixdən bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Prezidentin 8 oktyabr 2012-ci il tarixli 2478 saylı sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb