Sentyabrın 12-də bu “iPhone”lar təqdim olunacaq

17:20 | 06.09.2017
Sentyabrın 12-də bu “iPhone”lar təqdim olunacaq

Sentyabrın 12-də bu “iPhone”lar təqdim olunacaq

Sentyabrın 12-də "Apple” şirkəti yeni məhsullarını təqdim edəcək. 

anews.az lent.az-a istinadən xəbər verir ki, nümayiş olunacaq yeni cihazların adları hələ də sirr olaraq saxlanılır. 

Daha əvvəl təxmin edilirdi ki, "iPhone 7S”, "7S Plus” və "iPhone 8” smartfonları təqdim ediləcək. Ancaq İFA-2017 istehlak sərgisində bu məlumatı təkzib ediblər. İFA-da təqdim edilən və rəsmi "Apple Store” mağazalarında məhsullarını satan aksesuar istehsalçıları bildiriblər ki, bu il "Apple” pərəstişkarları "S” avadanlıqlı smartfonlar görə biləcəklər. Təqdimatda "iPhone 8”, "8 Plus” və "iPhone Edition” nümayiş olunacaq. 

Mütəxəssislər bildirirlər ki, "iPhone Edition” naqilsiz enerji ilə doldurulma və "Gorilla Glass 5” müdafiə şüşəsi ilə təchiz olunacaq. Bundan başqa, "iPhone Edition” bu istehsal xəttində daha premium məhsul olacaq.













www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb