Sərxoşlar ömürlük sürücülük vəsiqəsindən məhrum oluna bilərlər

10:48 | 10.01.2014
Sərxoşlar ömürlük sürücülük vəsiqəsindən məhrum oluna bilərlər

Sərxoşlar ömürlük sürücülük vəsiqəsindən məhrum oluna bilərlər

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev belə düşünür“Əgər maşın idarə edən sürücü spirtli içkilərə aludədirsə və bu barədə həkimin xüsusi rəyi varsa, təbii ki, bu halda onu ömürlük sürücülük vəsiqəsindən məhrum etmək lazımdır. Mən bu fikri dəstəkləyirəm”.Bunu modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə Azərbaycanda bu cür halların qəbulu uzun vaxt tələb edən proseslərdəndir: “Həkimlər tərəfindən xroniki alkoqolik durum haqqında qərar olarsa, düşünürəm ki, həmin sürücünü ömürlük sürücülük vəsiqəsindən məhrum etmək olar. Amma sərxoş sürücülərlərin ömürlük sürücülük vəsiqəsindən məhrum edilməsi barədə bir az düşünmək lazımdır. Çünki bu məsələ bir qədər vaxt tələb edir. Amma cəzaların sərtləşdirilməsi ilə tam razıyam”.Qeyd edək ki, sürücülərin sərxoşluğu nəticəsində yüzlərlə avtonəqliyyat qəzasının baş verdiyi son bir ilin statistikasında açıq görünür. Bu kimi halların qarşısının alınmasından ötrü bir sıra ölkədə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərin ömürlür sürücülük vəsiqəsindən məhrum edilməsi ilə bağlı qanunlar qəbul edilib. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb