Şeyxin atası da Bakıya gəlir

16:07 | 01.04.2015
Şeyxin atası da Bakıya gəlir

Şeyxin atası da Bakıya gəlir

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktumun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. 
Bu barədə APA-ya Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Səfər zamanı Şeyx Muhammed Bin Rəşid əl-Maktumu kabinet işləri, iqtisadiyyat, xarici işlər üzrə dövlət naziri və digər yüksək rütbəli şəxslər müşayiət edəcək.

İki günlük səfər çərçivəsində Azərbaycanda dövlət başçısı və digər rəsmi şəxslərlə görüşlər gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə şeyxin varisi Hamdan Muhammed Bin Rəşid əl-Maktum da Azərbaycanda səfərdə olmuşdu. Qeyri-rəsmi xaraker daşıyan səfərdə gənc şeyx paytaxtda və bölgələrimizdə olmuş, ov prosesində iştrak etmişdi. Səfərdən çəkilən fotoları isə instagram səhifəsində paylaşmışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM